Dermatoloq və kosmetoloq Vasilina Mironova gündəlik qida rasionuna əlavə edilməsi saçları gücləndirə biləcək məhsulu açıqlayıb.
E-saglam.az xəbər verir ki, söhbət yumurtadan gedir. Bu məhsul sağlam saç follikulları üçün vacib olan protein, biotin, dəmir və sink kimi qida maddələri ilə zəngindir.
Mironova vurğulayır ki, yumurta yemək saç tökülməsini tamamilə dayandırmır. Lakin saçların və baş dərisinin ümumi sağlamlığını dəstəkləyir, tökülmə prosesini yavaşladır və mövcud saçları daha güclü, qırılmaya daha davamlı edir.
Dermatoloq həmçinin qeyd edib ki, keçəllik əsasən genetika və hormonal dəyişikliklərdən qaynaqlanan mürəkkəb bir prosesdir. Alopesiyanın ilk əlamətlərini hiss edən kimi dəqiq səbəbi müəyyən etmək üçün trixoloq və ya dermatoloqa müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc