Xəbərlər
Qubada sərxoş oğul 85 yaşlı anasını odun parçası ilə
Xəbərlər

Qubada sərxoş oğul 85 yaşlı anasını odun parçası ilə döyərək öldürüb

Qubada sərxoş oğul 85 yaşlı anasını odun parçası ilə döyərək öldürüb

Quba rayonunun Bağbanlı kəndində dəhşətli qətl hadisəsi baş verib. Belə ki, 49 yaşlı oğul 85 yaşlı anasını odun parçası ilə döyərək öldürüb.

E-saglam.az xəbər verir ki, hadisə dekabrın 27-si saat 19:00 radələrində qeydə alınıb. 49 yaşlı Zülfüqar İsmixanov sərxoş vəziyyətdə 85 yaşlı anası Zöhrə İsmixanovanın baş nahiyəsinə odun parçası ilə xəsarətlər yetirib. Yaşlı qadın təcili tibbi yardım avtomobili ilə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən Zülfiqar İsmixanov tutulub. Qeyd edək ki, Zülfüqar İsmixanov 1-ci Qarabağ müharibəsində döyüşüb, 2-ci qrup əlildir. Onun həyat yoldaşı, 2 övladı və anası 1 evdə yaşayırdılar.

Mənbə: Cəfər Talıb, APA TV, Quba

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun