Bu sözləri E-saglam.az-a açıqlamasında cərrah-ginekoloq Pərvin Mikayılzadə deyib.
Onun sözlərinə görə, hazırkı dövrdə, eləcə də gələcəkdə necə qidalanmağınız, ginekoloji müayinələrdən vaxtlı-vaxtında keçməyiniz, hormonal balansı qorumaq cinsi həyatınıza birbaşa təsir göstərir.
Qadın sağlamlığını dəstəkləyən ən faydalı qidalar:
- Sarımsaq
- Limon
- Avokado
Ginekoloq vurğulayıb ki, təbii süddən hazırlanmış kənd qatığı, eləcə də qatıq suyu xanımlar üçün olduqca faydalıdır. Hamilə xanımlar isə qida siyahısını həkimləri ilə paylaşıb təsdiqlətməlidirlər. Çünki hamiləlikdə bəzən xüsusi pəhriz siyahısı müəyyənləşdirmək lazım gəlir.