Psixologiya
Psixoloq orta yaş böhranını daha rahat keçirməyin
Psixologiya
109

Psixoloq orta yaş böhranını daha rahat keçirməyin 3 yolunu açıqlayıb

Orta yaş böhranı adətən 37–45 yaş arasında ortaya çıxan və insanın gözləntiləri ilə əldə etdiyi nəticələr arasında uyğunsuzluq hiss etməsi ilə xarakterizə olunan bir dövrdür.

E-saglam.az xəbər verir ki, psixoloq Andrey Zberovskinin sözlərinə görə, bu mərhələni düzgün yanaşma ilə ciddi fəsadlar olmadan keçmək mümkündür.

Mütəxəssis bildirib ki, bu dövrdə bəzi insanlar həyatdakı narazılığı xəyanət, zərərli vərdişlər, həddindən artıq əyləncə və ya alkoqol vasitəsilə kompensasiya etməyə çalışırlar. Bu isə ailə münasibətlərinin pozulmasına, emosional gərginliyə və depressiyaya səbəb ola bilər.

Psixoloq orta yaş böhranı ilə mübarizə üçün üç əsas tövsiyə verib:

- Həyat məqsədlərinizi yenidən müəyyənləşdirin

Qarşınıza real və mənalı hədəflər qoymaq həyatınıza motivasiya və məna qazandırmağa kömək edir.

- Yaxın münasibətləri qoruyun

 Problemlərdən qaçmaq və ya münasibətləri bitirmək əvəzinə, ailə üzvləri və yaxın insanlarla açıq ünsiyyət qurmaq və qarşılıqlı etimadı gücləndirmək vacibdir.

- Sağlam sevinc mənbələri tapın

 Ailəyə və şəxsi həyata müsbət təsir göstərən hobbilər, fəaliyyətlər və maraqlar emosional tarazlığın qorunmasına kömək edir.

Andrey Zberovski vurğulayıb ki, həyatın bu mərhələsində insan öz prioritetlərini yenidən dəyərləndirməzsə, daxili narazılıq zamanla özünə və ətrafındakılara zərər verən davranışlara səbəb ola bilər. Onun fikrincə, vaxtında atılan düzgün addımlar həm ailə münasibətlərini, həm də psixoloji sağlamlığı qorumağa kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun