Gözəllik-dəb
Piyi "yandıran" bitki -
Gözəllik-dəb

Piyi "yandıran" bitki - Gündə 300 qram kifayətdir

E-saglam.az-ın verdiyi məlumata görə, bu barədə Vaşinqton Dövlət Universitetinin rəhbərliyi altında aparılan tədqiqatlardan sonra məlum olub. Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc edilib.

Təcrübədə artıq çəkisi olan 18 yetkin iştirak edib. Bir həftə ərzində iştirakçılar 12 unsiya (340 qram) kəndalaş meyvəsinin şirəsi qəbul ediblər. Tədqiqatın nəticələri göstərib ki, şirə bağırsaq mikrobiomunun tərkibini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, faydalı bakteriyaların miqdarını artırır və zərərli bakteriyaların səviyyəsini azaldır.

Bundan əlavə, kəndalaş meyvəsinin şirəsi qanda qlükoza səviyyəsini orta hesabla 24%, insulin səviyyəsini isə 9% azaldıb. Bu dəyişikliklər qlükozaya qarşı tolerantlığın və orqanizmin karbohidratları emal etmək qabiliyyətinin yaxşılaşdığını göstərir.

Həmçinin, piy oksidləşməsinin artması qeydə alınıb ki, bu da qida qəbulundan və fiziki aktivlikdən sonra orqanizmin yağ turşularını parçalamaq qabiliyyətinin artdığını göstərir.

Tədqiqatçılar müsbət təsirləri kəndalaş meyvəsində iltihabəleyhinə, antidiabetik və antimikrob xüsusiyyətlərinə malik bitki birləşmələri olan antosianinlərin yüksək tərkibi ilə əlaqələndirirlər.

© oxu.az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun