16 may 2026-cı il tarixində Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi və Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyi təşkilatçılığı ilə 10 May – Psixoloqlar Gününə həsr olunmuş “Peşəkarların Ahəngi” adlı həkim və psixoloqların səhər yeməyi formatında görüşü təşkil olundu.
E-saglam.az xəbər verir ki, tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən həkimlər və psixoloqlar bir araya gələrək peşəkar fikir mübadiləsi apardılar, psixoloji sağlamlığın cəmiyyətdəki rolu, multidisiplinar əməkdaşlıq və gələcək layihələr ətrafında müzakirələr həyata keçirildi.
Tədbirin açılış nitqi Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova tərəfindən edildi. Daha sonra millət vəkili Müşviq Məmmədli çıxış edərək bu cür peşəkar platformaların cəmiyyət üçün əhəmiyyətini vurğuladı və tədbir iştirakçılarına uğurlar arzuladı.
“Peşəkarların Ahəngi” tədbirinin baş sponsoru Zahra Clinic oldu. Tədbirə həmçinin Ersağ Azərbaycan, Yurd İnklüziv İnkişaf Mərkəzi və AzEstetik Group sponsor dəstəyi göstərdi. Tədbirin media tərəfdaşı isə E-saglam.az idi.
4 saatdan artıq davam edən tədbir yalnız peşəkar müzakirələrlə deyil, eyni zamanda musiqi dəqiqələri və poeziya anları ilə də iştirakçıların yaddaşında xoş təəssürat yaratdı.
Tədbirin təşkilində və həyata keçirilməsində dəstək olan bütün tərəfdaşlara və iştirakçılara dərin təşəkkürümüzü bildiririk.
Könül Oruc