Psixiatr Ruslan İsayev panik atakla mübarizə üçün ən təsirli üsulları açıqlayıb.
E-saglam.az xəbər verir ki, mütəxəssisə görə, ən yaxşı nəticəni nəfəs almağı yavaşlatmağa və diqqəti yenidən cəmləşdirməyə yönəlmiş texnikalar verir.
Uzadılmış nəfəs alma bu üsullardan biridir. Nəfəs vermə nəfəs almadan daha uzun olduqda parasimpatik sinir sistemi aktivləşir, bu da narahatlığı azaltmağa və panikanın fizioloji simptomlarını yüngülləşdirməyə kömək edir.
Həkim "kvadrat nəfəs alma" texnikasının da faydalı olduğunu vurğulayır - bu üsulda nəfəs alma, saxlama, nəfəs vermə və yenidən saxlama eyni sayda saniyə ərzində aparılır. Bundan əlavə, diqqəti yönləndirmə texnikaları da effektiv hesab olunur: ətrafdakı əşyaları saymaq, müəyyən rəngdə olan obyektləri sadalamaq, şeir, dua və ya mahnı sözlərini xatırlamaq kimi üsullar bu qrupa daxildir.
Kağız torbadan istifadəyə gəldikdə isə, İsayev bunu universal həll yolu hesab etmir. Bəzi hallarda subyektiv rahatlama hissi yarada bilsə də, müasir tibb bu üsulu panik atakların əsas müalicə vasitəsi kimi qəbul etmir.
Tərcümə: Könül Oruc