Sağlamlıq
Ömrü qısaldan vərdiş
Sağlamlıq

Ömrü qısaldan vərdiş müəyyən edildi

E-saglam.az xəbər verir ki, bu barədə "HuffPost"a fizioterapevt Luiza Rayt məlumat verib .

Rayt deyib ki, oturaq həyat tərzi potensial olaraq ömrü qısaldır. Eyni zamanda, onun fikrincə, hətta gündə 30-45 dəqiqə müntəzəm məşq etmək də bir neçə saat fasiləsiz oturmanın zərərini tam kompensasiya etmir.

Bu problemi həll etmək üçün həkim yalnız məşq zamanı deyil, bütün iş günü ərzində hərəkət etməyi məsləhət görüb: "Parkda görüşlər təyin edə, yaxud burada gəzərkən işinizi müzakirə edə bilərsiniz, həmçinin telefon danışıqlarını oturaq vəziyyətə deyil, gəzərək edin".

O, həmçinin ofisə və evə gedən yolda bir dayanacaq öncədən düşməyi və liftdən çox pilləkənlərdən istifadə etməyi məsləhət görüb.

Rayt qeyd edib ki, evdən işləyənlər üçün iş saatlarından əvvəl və sonra bir neçə kilometr piyada və ya velosiped sürmək sağlamlıqları üçün faydalıdır.

Bundan əlavə, Rayt diqqət çəkib ki, axşamlar aktiv istirahəti seçməli, ancaq televizora baxmaq istəsəniz belə, uzanmaq, gəzmək və ya rəqs etmək üçün vaxtaşırı divandan qalxmalısınız.

Onun fikrincə, müntəzəm olaraq idman edən, düzgün qidalanan və istirahət etməyi bilənlər daha uzun yaşayırlar.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun