Tibbi xəbərlər
Ödemin gözlənilməz səbəbi aşkarlandı:
Tibbi xəbərlər
113

Ödemin gözlənilməz səbəbi aşkarlandı: hansı qidalar şişkinliyi artırır?

Terapevt Aleksandr Kozlov bildirib ki, ödem (bədəndə maye yığılması) yalnız duzlu qidalar və alkoqolla bağlı deyil, bir sıra gündəlik qidalar da bu problemi yarada bilər.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bəzən “sağlam” hesab edilən məhsullar belə şişkinliyə səbəb ola bilir.

Mütəxəssis xüsusilə süd məhsullarını, o cümlədən kəsmiyi ödemin az bilinən səbəblərindən biri kimi göstərib. Onun izahına görə, süd zülalı insulinin artmasına təsir edə bilər və bu proses nəticəsində bədəndə natriumun xaric olunması azalır, bu da maye yığılmasına gətirib çıxarır.

Kozlov qeyd edib ki, şəkər, şərbətlər, bəzi “sağlam” batonlar və hətta dənli məhsullar da xüsusilə axşam saatlarında qəbul edildikdə oxşar təsir göstərə bilər. Bu qidalar böyrəklərin işinə əlavə yük yarada və gecə ərzində ödem riskini artıra bilər.

Həkim həmçinin mağaza çörəklərinin, o cümlədən tam taxıllı məhsulların tərkibində gizli duz ola biləcəyinə diqqət çəkib. Bu da gündəlik natrium qəbulunu artıraraq şişkinliyə səbəb ola bilər.

Bundan əlavə, pomidor və badımcan kimi bəzi tərəvəzlərin də həssas insanlarda yüngül iltihabi reaksiyaya və nəticədə toxumalarda maye yığılmasına yol aça biləcəyi bildirilir. Mütəxəssislər ödem problemi yaşayanlara qidalanmada fərdi yanaşma və diqqətli seçim tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun