Sağlamlıq
Normal yuxudan sonra yorğunluğa səbəb olan qeyri-aşkar
Sağlamlıq
55

Normal yuxudan sonra yorğunluğa səbəb olan qeyri-aşkar amil müəyyən edilib

Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəbi bəzən düzgün seçilməmiş yastıq ola bilər.

E-saglam.az xəbər verir ki, çox yumşaq yastıq baş və boyna kifayət qədər dəstək vermir, çox sərt yastıq isə boyunda gərginlik yaradır və bədəni qeyri-təbii vəziyyətdə saxlayır. Bu da yuxunun keyfiyyətinə mənfi təsir edir.

Mütəxəssislərin sözlərinə görə, yastıq seçərkən insanın hansı vəziyyətdə yatdığı nəzərə alınmalıdır. Yan üstə yatanlar üçün daha hündür, arxa üstə yatanlar üçün orta hündürlükdə, qarın üstə yatanlar üçün isə daha alçaq yastıq daha uyğun hesab olunur.

Həkimlər qeyd edirlər ki, uyğun olmayan yastıq boyun və bel əzələlərində daimi gərginliyə səbəb ola bilər. Nəticədə insan səhər baş ağrısı, boyun ağrısı və yorğunluq hissi ilə oyana bilər. Uzun müddət davam etdikdə isə duruş problemləri də yarana bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun