Arterial hipertenziya – yəni yüksək qan təzyiqi – bu gün dünyada hər üç yetkin insandan birində müşahidə olunur. Təzyiqin uzun müddət yüksək qalması ürək, beyin, böyrəklər və damar sisteminə ciddi zərər vurur. Nəticədə insult, infarkt, ürək çatışmazlığı və böyrək funksiyasının zəifləməsi kimi fəsadlar yaranır.
Məsələ ilə bağlı invaziv kardioloq, uzman Dr. Ülvi Mirzoyev E-saglam.az-a açıqlamasında bildirib ki, bir çox hallarda təzyiq dərmanlarla nəzarət altına alınır, lakin bəzən bu da kifayət etmir:
“Bəzi pasiyentlərdə, hətta üç və ya daha çox dərmanın maksimal dozası ilə belə təzyiq sabitləşmir. Bəzən də dərmanların yan təsirləri səbəbindən müalicəni davam etdirmək mümkün olmur. Xüsusilə böyrək funksiyası zəif olan insanlarda bəzi preparatlar istifadəyə uyğun sayılmır. Belə hallarda artıq tibbin yeni dövrü başlayır – Renal Denervasiya ilə”.
Renal denervasiya nədir?
Dr. Mirzoyevin sözlərinə görə, renal denervasiya böyrəklərə gedən sinirlərin yüksək tezlikli enerji – radiofrekans və ya ultrasəs dalğaları vasitəsilə “sakitləşdirilməsi” prosedurudur.
“Bu sinirlər bədəndə təzyiqin artmasına səbəb olan siqnalları beyinə ötürür. Bu əlaqə kəsildikdə, orqanizm ‘hipertoniya vəziyyəti’ndən çıxır və təzyiq tədricən normallaşır”, – deyə həkim izah edib.
Prosedur damar daxilindən, yəni kateter üsulu ilə həyata keçirilir. Heç bir kəsik və ya ağrılı müdaxilə olmadan, sadəcə bud arteriyasından incə bir kateterlə böyrək arteriyasına daxil olunur. Proses təxminən 20–30 dəqiqə çəkir və pasiyent adətən eyni gün və ya ertəsi gün evə buraxılır.
Tədqiqatlar nə göstərir?
Dünyada aparılmış çoxsaylı elmi araşdırmalar göstərib ki, renal denervasiya:
– Dərmanlara baxmayaraq nəzarət altına alınmayan təzyiqi sabit şəkildə azaldır;
– Təzyiqin sutkalıq dalğalanmalarını azaldır;
– Dərman yükünü azaldaraq bəzi hallarda tam dayandırmağa imkan yaradır;
– Ürək-damar fəsadlarının riskini əhəmiyyətli dərəcədə azaldır.
“Bu, müasir kardiologiyanın ən perspektivli invaziv üsullarından biridir. Artıq Avropa və Amerika kardiologiya cəmiyyətləri tərəfindən rəsmi şəkildə təlimatlara daxil edilib”, – deyə Dr. Ülvi Mirzoyev əlavə edib.
Renal Denervasiya – Azərbaycanda yalnız Məlhəm Beynəlxalq Hospitalda
Mütəxəssisin sözlərinə görə, bu metod artıq Azərbaycanda da uğurla tətbiq olunur.
“Məlhəm Beynəlxalq Hospital olaraq, renal denervasiya prosedurunu həyata keçirən yeganə mərkəzik. Prosedurlar beynəlxalq təcrübəyə əsaslanaraq və yüksək texnoloji avadanlıqlarla aparılır. Artıq bir çox pasiyentdə uzun illər nəzarətsiz qalan təzyiqin normallaşdığını müşahidə etmişik,” – deyə Dr. Mirzoyev qeyd edib.
Yüksək təzyiqi “adi” hal kimi qəbul etmək düzgün deyil. Əgər sizdə də təzyiq dərmanlarla sabit qalmırsa, yan təsirlər sizi narahat edirsə və ya yeni, elmi əsaslı müalicə variantı axtarırsınızsa — Renal Denervasiya sizin üçün çıxış yolu ola bilər.
Məlhəm Beynəlxalq Hospital – Azərbaycanda Renal denervasiya prosedurunu uğurla tətbiq edən yeganə mərkəzdir.
Ünvan: Məlhəm Beynəlxalq Hospital
Ətraflı məlumat və qeydiyyat üçün: 803