
Parkinson xəstəliyi dünyada milyonlarla insanın tutulduğu nevroloji bir xəstəlikdir. Təxminən dünyada 10 milyon Parkinson xəstəsi olduğu təxmin edilir. Azərbaycanda təxmin edilən Parkinson xəstələrinin sayı 30 minə yaxındır.

Bu sözləri E-saglam.az-a "Məlhəm" Beynəlxalq Hospitalının Beyin və sinir cərrahiyyəsi uzmanı Teyyub Həsənov deyib.
Teyyub Həsənov Parkinson xəstəliyinin müalicəsində Beyin Pili Əməliyyatını Azərbaycanda həyata keçirən ilk həkimdir və bunu "Məlhəm" Beynəlxalq Hospitalında reallaşdırır.
Parkinson xəstəliyi nədir?
Parkinson xəstəliyi beyində dopamin sintez eden hüceyrələrin ölməsi nəticəsində ortaya çıxan neyrodegenerativ bir xəstəlikdir. Dopamin beyindən sintez edilən bir maddədir. Hərəkətlərimizin kardinasyasını tənzimləyir. Dopamin azlığında əzələ sistemindəki pozulmaya bağlı əsmə (tremor), hərəkətlərdə yavaşlama (bradikineziya), əzələ sərtliyi (rijiditə) kimi simptomlar ortaya çıxır. Xəstəlik illər keçtikcə dopamin maddəsinin daha da azalmasına bağlı olaraq ağırlaşan bir xəstəlikdir. Təxminən 55-65 yaşlarında ortaya çıxır. 30 yaşından əvvəl ortaya çıxması çox nadirdir. Qadınlara nəzərən kişilərdə daha çox görülür. Xəstəliyin 5 faizi irsidir. İrsi olan variantında PARKİN adında gen mutasiyası görülür.
Simptomları nələrdir və diaqnoz nəcə qoyulur?
Parkinson xəstəliyinin diaqnozu klinik simptomlarla qoyulur. Yaranma səbəbi tam olaraq bilinmir. Xəstəlik əsasən tək tərəfli əldə əsmə (tremor) ilə özünü biruzə verir. Digər simptomlar isə: hərəkətlərdə yavaşlama (bradikineziya), gücsüzlük, əzələ sərtliyi (rijiditə), qısa addımlarla önə əyilərək gəzmə, səs tonunda azalma, üz mimikalarında azalma (hipomimiya), əl yazısında kiçilmə (mikrografiya) şəklindədir.
Hərəkət pozğunluğu simptomu əsasən tək bədən yarısında başlayır. Xəstəlik tək tərəfli olduğunda birinci mərhələ olaraq qəbul edilir. Bir müddət sonra xəstəlik qarşı tərəfə də keçir, bu zaman ikinci mərhələ olaraq qəbul edilir. Günlük həyatda işlərini icra edərkən başqa birinin yardımına ehtiyac olduğu mərhələ üçüncü mərhələdir. Dördüncü mərhələ xəstələrin əlil arabasına düşdüyü və artıq hərəkət qabiliyətinin itiridiyi mərhələdir. Yataqdan çıxa bilmədiyi hala gəlindiyində beşinci mərhələ olaraq qəbul edilir.
Müalicəsi nədir?
Xəstəliyin ilk 5 ilində dərman preparatları ilə müalicə edilir. Dərman preparatları olaraqda dopamin tərkibli preparatlar təyin edilir. Daha sonraki illərdə dərman preparatlarının təsiri azalır və ya dozalarının artırılmasına bağlı yan təsirlər ortaya çıxır. Bu mərhələdə artıq Parkinson cərahiyyəsi olaraq bilinən Beyin Pili Əməliyyatlarına (Dərin Beyin Stimulyasiyası, DBS) ehtiyac duyulur. Parkinson xəstəliyinin müalicəsində Beyin Pili Əməliyyatları dünyada son 15 ildə çox yayıldı. Yan təsirləri az və faydası çox yüksək olan bir müalicə metodu halına gəldi. 2023-cü ildən etibarən ölkəmizdə tərəfimizdən güvənli bir şəkildə icra olunmağa başlanıldı. Ölkəmizdə son bir il ərzində 30 Parkinson xəstəsinin əməliyyatını icra etmişik. Bu xəstəlikdən əziyyət çəkən vətandaşlarımızın cərrahi müalicə üçün xaricə üz tutmasına ehtiyac olmadan ölkəmizdə əməliyyatlarını icra etdirəbiləcək vəziyətə gəlindi.
Beyin Pili Əməliyyatları düzgün seçilmiş Parkinson xəstələrində 95 faizə qədər düzəlmə ortaya çıxarır. Pilin ömrü təxminən 20-25 ilə qədər davam edir, daha sonra yerli keyitməylə pilin generatoru dəyişdirilə bilir. Əməliyyat 2-3 saat arası çəkir. Xəstəxanada yatış müddəti təxminən 3 gündür. Əməliyyatdan 15 gün sonra pil açılır.
"Məlhəm" Beynəlxalq Hospitalı ilə əlaqə:
Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan
https://www.instagram.com/melhembeynelxalqhospital/?hl=en
Həkimlə əlaqə: +994502091314
https://www.instagram.com/uzm.dr.teyyubhasanov/?hl=en