Xəstəliklər
Yeni araşdırma döş xərçənginin təkrarlanmasının
Xəstəliklər
82

Yeni araşdırma döş xərçənginin təkrarlanmasının qarşısını ala bilər

Cold Spring Harbor Laboratoriyasının (CSHL) alimləri döş xərçəngi ilə bağlı mühüm kəşfə imza atıblar.

E-saglam.az xəbər verir ki, araşdırma göstərib ki, BPTF adlı zülalın fəaliyyətinin dayandırılması, estrogen reseptoru pozitiv (ER+) döş xərçəngi hallarında şişin yayılmasını yavaşlada və hormon terapiyasına həssaslığı bərpa edə bilər.

Bu tip döş xərçəngi halları ümumi hadisələrin təxminən 75 faizini təşkil edir. Hormon terapiyası bu xəstələr üçün əsas müalicə üsuludur, lakin zamanla bəzi şişlər bu müalicəyə qarşı müqavimət inkişaf etdirir və xəstəlik təkrarlanır.

Tədqiqatın rəhbəri Camila dos Santos və komandası siçanlar üzərində apardıqları təcrübələrdə BPTF geninin bloklanmasının şişlərin inkişafını ləngitdiyini və tamoksifen kimi hormon terapiyasına reaksiyanı gücləndirdiyini müəyyən ediblər.

Tədqiqatçı Michael Ciccone bildirib ki, bu tapıntı gələcəkdə döş xərçənginin müalicəsini daha effektiv və davamlı edə bilər:

“Biz xərçəngi tam müalicə etmirik, amma onu yenidən hormon terapiyalarına həssas hala gətiririk”.

Alimlər bu nəticələrin gələcəkdə insan üzərində sınaqlara tətbiq ediləcəyinə və xərçəngin təkrarlanmasının qarşısını almağa kömək edəcəyinə ümid edirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun