Sağlamlıq
Gənc qadınlarda şəkərli içkilər xərçəng
Sağlamlıq
89

Gənc qadınlarda şəkərli içkilər xərçəng riskini artırır

ABŞ-da aparılan uzunmüddətli araşdırma göstərib ki, gənc qadınlarda kolon və rektal xərçəng riski şəkərli içkilərin istehlakı ilə bağlıdır.

E-saglam.az xəbər verir ki, tədqiqat, 1991–2015-ci illərdə 25–42 yaş arasında olan 94 mindən çox tibb bacısını əhatə edib.

Nəticələr göstərib ki, gənclikdə gündə iki porsiya və ya daha çox şəkərli içki içən qadınlarda xəstəliyin inkişaf riski daha yüksək olub. Hər əlavə porsiya bu ehtimalı 16% artırır. Əksinə, qəhvə və ya yağsız süd içənlərdə risk 17–36% aşağı olub.

Araşdırma müəllifləri qeyd edirlər ki, şəkərli içkilərin xərçənglə əlaqəsi metabolik pozğunluqlar, insulin müqaviməti və bağırsaqda iltihabi proseslərlə izah oluna bilər. Onlar gənclərə şəkərli içkilərin istehlakını azaltmağı tövsiyə edirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun