Xəstəliklər
Tiroid xəstəlikləri gizli şəkildə inkişaf edə bilər -
Xəstəliklər
128

Tiroid xəstəlikləri gizli şəkildə inkişaf edə bilər - Xəbərdarlıq

Tiroid vəzinin pozğunluqları çox vaxt digər xəstəliklərin simptomları ilə qarışdırılır və bu da düzgün diaqnozun qoyulmasını çətinləşdirir.

E-saglam.az xəbər verir ki, Piroqov Universitetinin Endokrinologiya kafedrasının assistenti, endokrinoloq Anna Teplova bildirib ki, tiroid xəstəlikləri dermatoloji, ürək, qastroenteroloji və psixiatrik problemlər kimi maskalana bilər.

Mütəxəssisin sözlərinə görə, hipotiroidizm zamanı quru dəri, saç tökülməsi, kövrək dırnaqlar kimi əlamətlər müşahidə olunur və bu hallar çox vaxt dermatoloji problem kimi qəbul edilir. Digər tərəfdən, tirotoksikoz iştahanın artması, arıqlama, əl titrəməsi, tərləmə və ürək döyüntüləri ilə özünü göstərə bilər.

Teplova qeyd edib ki, tiroid xəstəliklərinin inkişafında əsas risk faktorları yod çatışmazlığı, yaş, irsi meyil, qadın cinsi və siqaret çəkmədir. Qarşısının alınması üçün dəniz məhsulları ilə zəngin pəhriz və yodlu duzdan istifadə tövsiyə olunur.

Endokrinoloq xəbərdarlıq edib ki, tiroid pozğunluqları vaxtında aşkarlanmazsa, hipotiroidizmdə ürəkdə maye yığılması (hidroperikard) və ya tirotoksikozda aritmiyalar kimi ciddi fəsadlara yol aça bilər.

Mütəxəssis əlavə edib ki, müntəzəm tibbi müayinə və vaxtında endokrinoloqa müraciət həyati təhlükə yaradan vəziyyətlərin qarşısını almaq üçün vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun