Tibbi xəbərlər
"Məlhəm Beynəlxalq Hospital"da
Tibbi xəbərlər
536

"Məlhəm Beynəlxalq Hospital"da arıqlama cərrahiyyəsində UĞURLAR

Sağlam çəki, sağlam həyat – peşəkar yanaşma ilə mümkündür...

E-saglam.az xəbər verir ki, "Məlhəm Beynəlxalq Hospital"da artıq çəkinin tibbi və psixoloji təsirlərinə qarşı ən müasir üsullarla mübarizə aparılır. Xəstəxananın Bariatrik Cərrahiyyə şöbəsində həyata keçirilən əməliyyatlar Uzm. Dr. Mahmud Mahmudovun rəhbərliyi altında uğurla icra olunur.

Uzm. Dr. Mahmud Mahmudov, Türkiyənin Hacettepe Universitetinin məzunu olaraq, arıqlama cərrahiyyəsi sahəsində geniş bilik və təcrübəsi ilə seçilir. Onun peşəkar yanaşması sayəsində bir çox xəstələr artıq çəkidən xilas olaraq sağlam həyata qovuşub.

“Arıqlama cərrahiyyəsi sadəcə çəki itkisi deyil — bu, sağlam həyatın başlanğıcıdır. Əməliyyatdan öncə, zamanı və sonra xəstəyə fərdi yanaşma göstərmək uğurlu nəticənin əsas açarıdır”. — Uzm. Dr. Mahmud Mahmudov, Ümumi Cərrah, Məlhəm Beynəlxalq Hospital

Müasir texnologiya və təhlükəsiz müalicə prosesi

"Məlhəm Beynəlxalq Hospital"da tətbiq olunan laparoskopik və minimal invaziv üsullar əməliyyatların təhlükəsizliyini və sağalma müddətini xeyli artırır. Hər bir xəstə üçün fərdi müalicə planı hazırlanır, əməliyyatdan sonra isə qidalanma və həyat tərzi dəstəyi ilə proses tam şəkildə izlənir.

Məlhəm Beynəlxalq Hospital – sağlam həyat üçün elmin, təcrübənin və qayğının bir araya gəldiyi ünvan.

Məlhəm Beynəlxalq Hospital ilə əlaqə: 

Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan

https://www.instagram.com/melhembeynelxalqhospital/

E-saglam.az 


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun