Qidalanma
Mütəxəssislər: Uşaqların sağlam inkişafı üçün
Qidalanma
12

Mütəxəssislər: Uşaqların sağlam inkişafı üçün yaşa uyğun qidalanma vacibdir

Valideynlər üçün uşaqlarını necə qidalandırmaq barədə internetdə və sosial mediada çoxlu, bəzən də ziddiyyətli məsləhətlər mövcuddur. Bu isə qarışıqlıq yarada və prosesi stresli edə bilər – xüsusilə uşaq seçici yeyicidirsə, allergiyası və ya müəyyən sağlamlıq vəziyyəti varsa.

E-saglam.az xəbər verir ki, uşaqların orqanizmi zülallar, yağlar, karbohidratlar kimi makroelementlərə və vitaminlər, minerallar, fermentləşdirilmiş qidalar kimi mikroelementlərə ehtiyac duyur. Əlbəttə, su da unudulmamalıdır – kifayət qədər su həzmə, bədənin təmizlənməsinə və temperaturun tənzimlənməsinə kömək edir.

Uşaqlar böyüdükcə onların qida ehtiyacları da dəyişir. Müxtəlif yaş qruplarında vacib elementlərə nəzər salaq:

 2–6 yaş arası:

Bu dövrdə beyin çox sürətlə böyüyür – 3 yaşına qədər yetkin ölçünün 80–90%-nə çatır. Sümüklər, əzələlər və immunitet sistemi də inkişaf edir.
Vacib qidalar:

  • Əzələ və toxumaların bərpası üçün zülal

  • Güclü sümüklər və dişlər üçün kalsium

  • Kalsiumun udulmasına və sümük inkişafına kömək edən D vitamini

  • Beyin inkişafı üçün sağlam yağlar

 7–10 yaş arası:

Məktəb dövründə öyrənmə və zehni fəaliyyət artır.
Vacib qidalar:

  • B vitaminləri – öyrənmə, fokus, sinir sistemi və enerji üçün

  • Sink – immuniteti gücləndirir, bilişsel performansa dəstək verir

  • Maqnezium – sinir sistemini sakitləşdirir, yuxuya kömək edir və kalsiumun udulmasını dəstəkləyir

11–14 yaş arası:

Erkən yeniyetməlik – sürətli fiziki və emosional dəyişikliklərin olduğu mərhələdir. Bu, körpəlikdən sonra ən intensiv böyümə dövrüdür.
Vacib qidalar:

  • Əzələ və hormon istehsalı üçün zülal

  • Sümük böyüməsi üçün kalsium

  • Qızlarda menstruasiya ilə əlaqədar olaraq dəmir (anemiyanın qarşısını almaq üçün)

  • Oğlanlarda testis inkişafı və sperma istehsalı üçün vacib olan sink

 15–18 yaş arası:

Yetkinlik tamamlanır, amma hələ də böyümə sıçrayışları olur. Bu mərhələdə həm fiziki, həm də zehni tələbat yüksəkdir.
Vacib qidalar:

  • Dəri, əzələ və böyümə üçün zülal

  • Enerji üçün karbohidratlar və hormonal tarazlıq üçün sağlam yağlar

  • Ürək və böyrək sağlamlığı üçün kalium

  • Görmə üçün A vitamini

  • Böyümə, maddələr mübadiləsi və tiroid funksiyası üçün yod

Bu yaşlarda uşaqlar daha çox müstəqillik qazanır və yemək seçimlərini özləri etməyə başlayırlar. Bu, həm qidalanma vərdişlərini inkişaf etdirmək, həm də məsuliyyət hissini gücləndirmək üçün əla fürsətdir.

Uşaqların qidalanmasında əsas məqsəd müxtəliflik və balansdır. Hər yaşda lazımi qida maddələrini təmin etmək onların sağlam inkişafı, beyin fəaliyyəti və emosional rifahı üçün vacibdir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun