Tibbi xəbərlər
Nevroloq insult riskini artıran təzyiq
Tibbi xəbərlər
13

Nevroloq insult riskini artıran təzyiq həddini müəyyən edib

Nevroloq insult riskini artıran qan təzyiqi göstəricilərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, Moskva Vilayəti Səhiyyə Nazirliyinə bağlı Vidnovskaya Klinik Xəstəxanasının mütəxəssisi Anna Koptseva təhlükəli hədlərə diqqət çəkib.

Onun sözlərinə görə, 135/85 mm civə sütunundan yuxarı olan təzyiq artıq xəbərdarlıq siqnalı hesab edilir. Həkimlər isə 130/80 mm civə sütununa qədər olan göstəriciləri normal sayırlar.

Mütəxəssis vurğulayıb ki, hipertoniya uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Baş ağrısı, yorğunluq və ya yuxu problemləri olmasa belə, bu vəziyyət ciddi risklər yaradır və nəticədə İnsult ilə nəticələnə bilər.

Həkimlər xüsusilə 35 yaşdan yuxarı şəxslərə qan təzyiqini mütəmadi izləməyi tövsiyə edirlər. Evdə istifadə üçün təzyiq ölçən cihaz almaq və həftədə ən azı bir dəfə ölçmə aparmaq məsləhət görülür.

“Dünya təcrübəsi göstərir ki, qan təzyiqinə sadə nəzarət belə insult riskini 50 faizə qədər azalda bilər”, – deyə nevroloq qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun