Tibbi xəbərlər
Nə yeyə, nə yata bilirdi: 4 il davam edən hıçqırığın
Tibbi xəbərlər
12

Nə yeyə, nə yata bilirdi: 4 il davam edən hıçqırığın arxasındakı səbəb açıqlandı

Türkiyənin Kahramanmaraş şəhərində yaşayan 65 yaşlı Hanifi Özdemir uzun illər davam edən hıçqırıq tutmalarından sonra sağalıb. O, keçirdiyi çətin dövrü “dörd il kabus yaşadım” sözləri ilə təsvir edib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, hıçqırıq tutmaları qəfil başlayır və bəzən 4-5 gün fasiləsiz davam edirdi. Bu müddətdə nə yemək yeyə, nə danışa, nə də yata bilirdi. Tutmalar qısa fasilələrlə dayanır, lakin sonra yenidən təkrarlanırdı və bu vəziyyət gündəlik həyatını ciddi şəkildə pozurdu.

Ankara Bilkent Şəhər Xəstəxanası-nda aparılan müayinələrdən sonra xəstə müalicəyə qəbul edilib. Həkimlərin tətbiq etdiyi müalicə nəticəsində bir həftə ərzində hıçqırıq tutmaları tamamilə dayanıb.

Xəstə bildirib ki, artıq özünü çox yaxşı hiss edir və bu vəziyyəti “ikinci həyat kimi” dəyərləndirir. O, sağaldıqdan sonra doğma şəhərinə qayıtmağa hazırlaşır.

Klinikanın mütəxəssisi Rana Tuna Doğrul qeyd edib ki, uzun müddət davam edən və müalicəyə çətin tabe olan hıçqırıq halları düzgün diaqnostika və uyğun müalicə ilə tam aradan qaldırıla bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun