Sağlamlıq
Kondisioner işlək vəziyyətdə olarkən yatmağın
Sağlamlıq
139

Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı

Tibb bacısı Xorxe Angel kondisioneri açıq şəkildə yatmağın sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, o, bu yay vərdişinin təhlükələrini açıqlayıb.

Angelin izahına görə, bütün gecə kondisionerin işlədilməsi yataq otağında rütubəti azaldır və bu da hava yollarının və dərinin qurumasına səbəb olur. Mütəxəssis qeyd edir ki, bu vəziyyət allergiya, astma və bronxit kimi xəstəlikləri daha da ağırlaşdıra, həmçinin dəri qıcıqlanmasına yol aça bilər.

Bundan əlavə, tibb bacısı vurğulayır ki, işlək vəziyyətdə olan kondisioner bədəni həddindən artıq sərinlədərək qıcolmalara və əzələ spazmlarına səbəb ola bilər.

Mütəxəssis bir neçə sadə tövsiyə verib: yatmazdan dərhal əvvəl otağı sərinlətmək və gecə kondisioneri söndürmək daha sağlam seçimdir. Havanın həddindən artıq quruymasının qarşısını almaq üçün isə təbii ventilyasiyaya üstünlük vermək və nəmləndiricidən istifadə etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun