Hər iki məhsul probiotiklərlə zəngindir və həzmə faydalı təsir göstərir, lakin onların mikrob tərkibi əhəmiyyətli dərəcədə fərqlənir.
Mütəxəssisin sözlərinə görə, qatıq əsasən iki növ faydalı bakteriya – "Lactobacillus bulgaricus" və "Streptococcus thermophilus" vasitəsilə hazırlanır. Kefir isə 10-dan çox bakteriya və maya növündən ibarət olan kefir dənələri ilə fermentləşdirilir. Bu səbəbdən kefirin tərkibində probiotiklərin miqdarı daha çox olur.
Həkim bildirib ki, hər iki məhsul həzmi asanlaşdırır, kalsiumun mənimsənilməsini yaxşılaşdırır və bağırsaq mikroflorasının sağlamlığını dəstəkləyir. Bu xüsusiyyətlər xüsusilə sümük sağlamlığının qorunması və osteoporoz riskinin azaldılması baxımından əhəmiyyətlidir.
Kaşuxun sözlərinə görə, əsas fərq onların təsir gücündədir. Qatıq daha yumşaq təsir göstərdiyi üçün fermentləşdirilmiş süd məhsullarını qidalanmasına yeni daxil edən şəxslər üçün daha uyğundur.
Bağırsaq mikrobiomunu daha güclü şəkildə dəstəkləmək və daha çox probiotik qəbul etmək istəyənlər üçün isə kefir daha yaxşı seçim hesab olunur.
Tərcümə: Könül Oruc