Tibbi xəbərlər
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin
Tibbi xəbərlər
16

Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər

Qrip və mövsümi virusların artdığı dövrdə burun axıntısı adi hal sayılsa da, bəzi hallarda bu problem həftələrlə davam edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, üç həftədən uzun sürən burun axıntısı mütləq diqqətə alınmalıdır.

E-saglam.az-ın məlumatına görə, KBB mütəxəssisi Dr. Mazhar Çelikoyarın sözlərinə görə, davamlı burun axıntısının ən təhlükəli səbəblərindən biri onurğa beyni mayesinin sızmasıdır. Bu vəziyyət beyinlə burun boşluğu arasında açıqlığın yarandığını göstərir və meningit kimi həyati risk daşıyan xəstəliklərə səbəb ola bilər. Erkən diaqnoz qoyularsa, problem müalicə edilə və ağır fəsadların qarşısı alına bilər.

Davamlı burun axıntısının digər ciddi səbəblərindən biri burun daxilində yaranan şişlər ola bilər. Buna görə də uzun müddət keçməyən axıntı sadəcə soyuqdəymə kimi qiymətləndirilməməlidir.

Allergiyalar da burun axıntısına yol aça bilər. Xüsusilə burunda və gözlərdə qaşınma, asqırma kimi əlamətlər varsa, allergik mənşə ehtimalı nəzərə alınmalıdır.

Bundan başqa, reflüks də burun axıntısına səbəb ola bilər. Mədənin turşu möhtəviyyatı qida borusu və boğaz yolu ilə yuxarı qalxaraq burun boşluğunu qıcıqlandıra bilər.

Mütəxəssislər vurğulayır ki, davamlı burun axıntısının dəqiq səbəbini müəyyən etməyin yeganə yolu vaxtında həkimə müraciət etməkdir. Erkən müayinə və düzgün müalicə ciddi xəstəliklərin qarşısını ala bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun