Yandex watch
İstiliyi qalxdığı üçün “smes” vurulan 11 aylıq körpənin iynə yeri elə hala qaldı ki qızdırma yalan oldu

İstiliyi qalxdığı üçün 11 aylıq körpəyə evdə "smes" vurulub. Və iynənin yeri pis vəziyyətə düşüb. 

Emlakbazari.az

Bu barədə həkim-pediatr Günay Rəsulova E-saglam.az-a məlumat verib. 

Pediatrın sözlərinə görə, uşağın yan hissəsi iynə vurulandan sonra bu hala qalıb. Valideynlərə isə həmişə olduğu kimi hərə bir söz deyib: "Qızdırması qalxdığı üçün “smes” vurulan körpənin iynə yeri elə bir hala qaldı ki qızdırma yalan oldu. Biri dedi kompres elə, biri dedi maz vur, biri dedi yarmaq lazımdır".

G.Rəsulova deyir ki, mənə müraciət edəndən sonra isə əlbəttə ilk öncə bu görüntüyə səbəb ola biləcək hematoloji (qanla əlaqəli problem) problemi müəyyən etdim. Və cərrahi müdaxilə lazım olmadığını aydınlaşdırdıqdan sonra müalicə təyin etdim.

Pediatr xüsusilə vurğuladı ki, elə bu səbəbdən deyirik ki, uşaqlara mümkün qədər əzələ daxili iynə vurmayın, "evdə iynə", "venaya sistem" heç vurdurmayın. Çünki sonradan belə xoşagəlməz nəticələrlə qarşılaşırıq. 

“Həkim evdə vurdursaq olmazmı?” - sualına hər zaman “qətiyyən olmaz” - dediyimizdə bu kimi xoşagəlməzlik, allergik reaksiya, şok ola biləcəyi üçün deyirik.

Mövzu uşaqlardırsa hər zaman maximum ehtiyatlı, tədbirli və diqqətli olmaq hamımızın borcudur!"

Hazırladı: Könül Oruc

smes iynə

Növbəti şəkildə gördüyünüz nəticə isə müalicədən 3 gün sonrakı vəziyyətdir. 

smes vurulan uşaq