Tibbi xəbərlər
İnsan bədənində yeni kəşf:
Tibbi xəbərlər
66

İnsan bədənində yeni kəşf: "hüceyrədaxili külək" aşkarlanıb

ABŞ-nin Oregon Health & Science University alimləri insan hüceyrələrində əvvəllər diqqətdən kənarda qalan mikroskopik hərəkətləri aşkar ediblər. Tədqiqat nəticələrinə görə, hüceyrə daxilində maye və molekullar müəyyən istiqamətdə hərəkət edir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu prosesi obrazlı şəkildə “hüceyrədaxili külək” kimi təsvir edirlər. Bildirilir ki, bu cərəyanlar hüceyrə daxilində maddələrin daha səmərəli paylanmasına kömək edir.

Araşdırmaya əsasən, bu hərəkətlər qida maddələrinin daşınması, tullantıların xaric edilməsi və hüceyrədaxili siqnallaşma kimi vacib proseslərdə rol oynaya bilər. Bu isə hüceyrələrin ümumi fəaliyyətinin daha effektiv şəkildə həyata keçməsinə şərait yaradır.

Alimlər qeyd edir ki, müasir görüntüləmə texnologiyaları sayəsində bu cür incə prosesləri ilk dəfə bu qədər detallı müşahidə etmək mümkün olub. Bu kəşf hüceyrə biologiyası sahəsində mövcud biliklərin yenidən qiymətləndirilməsinə səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, əldə olunan nəticələr gələcəkdə xərçəng və digər xəstəliklərin öyrənilməsi, eləcə də yeni müalicə üsullarının hazırlanması üçün əhəmiyyətli ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun