Yandex watch
Aktyorun ayağının amputasiyası ilə bağlı Klinikadan ÖZƏL

Elektron informasiya mənbələrində, eyni zamanda İlkin Həsənlinin sosial şəbəkələrində yaydığı əsasssız məlumatlara əsasən, “aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problemlər yaranıb” başlığı altında yazı paylaşılaraq guya Məlhəm Beynəlxalq Hospitalın bəzi həkimlərinin səhlənkarlığı görə aktyor Əlvan Fərmanoğlunun sağ ayağının amputasiya olunduğu qeyd edilməklə onu bu vəziyyətə salan hər kəsin Qanun qarşısında cavab verəcəyi göstərilmişdir.  

Emlakbazari.az

Məsələ ilə bağlı E-saglam.az-ın sorğusuna cavab olaraq Məlhəm Hospitaldan bildirilib ki, sözügedən məqalədə göstərilənlərlə əlaqədar qeyd edək ki, 05.09.1962 təvəllüdlü Əlvan Abdullayev Fərmanoğluna Məlhəm Beynəlxalq Hospitalda 11.07.2024 tarixində sağ ayağına, 18.07.2024 tarixində sol ayağına “Tıxanmış ayaq damarlarına stend taxılması proseduru’’ icra olunmuşdur. Xəstədə prosedur zamanı və prosedur sonrası  fəsad və ağırlaşma qeydə alınmamışdır. Xəstə kafi vəziyyətdə evə yazılmışdır. Daha sonraki müraciətlərində hər hansı bir cərrahi müdaxiləyə ehtiyac olmadığı, təyinat üzrə dərman müalicəsinin vacibliyi vurğulanmışdır. Bildiyimiz kimi, şəkər xəstələri belə “damar açma” prosedurlarından sonra ciddi pəhriz gözləməli, siqaret və s. zərərli vərdişlərdən imtina etməli, dərman təyinatlarına ciddi riayət etməlidir. Bir müddət sonra xəstənin “Sağ aşağı ətrafın amputasiya” əməliyyatı olunduğu məlumatı almışıq. Bir qayda olaraq həkim səhlənkarlığı və səhvləri müvafiq ekspertizanın təyin edilməsi ilə müəyyənləşdirilir. Hazırki vaxtadək yuxarıda qeyd edilən əməliyyatın icrası ilə bağlı ekspertiza tərəfindən bu və ya digər rəy tərtib olunmamışdır.

Qeyd edək ki, Məlhəm Beynəlxalq Hospital MMC-nin bəzi həkimlərinin səhlənkarlığa yol verməklə ittiham olunmaları təqsirsizlik prezumpsiyanın pozulması ilə yanaşı, həqiqətə uyğun olmayan, yalan xarakterli və hər hansı sübutla təsdiq olunmayan məlumatlardır.

Nəzərinizə çatdırılır ki, həqiqətə uyğun olmayan yalan xarakterli məlumatlar yayan müəyyən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi, işgüzar nüfuza xələl gətirilməsi ilə əlaqədar hal-hazırda müvafiq iddia ilə məhkəməyə müraciət olunması üçün zəruri prosedurların icrasına başlanılmalıdır.

Məhkəmə qaydasında İlkin Həsənlinin elektron informasiya ehtiyatlarında yaydığı məlumatlara hüquqi qiymət verilənədək Məlhəm Beynəlxalq Hospitalın işgüzar nüfuzunu ləkələyən, yalan və həqiqətə uyğun olmayan məlumatların yayılmaması media subyektlərindən xahiş olunur. 

Könül Oruc
E-saglam.az 

00:16

Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb.

E-saglam.az xəbər verir ki, bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb. O bildirib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:

“Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək”.

Qeyd edək ki, Ə.Fərmanoğlu məşhur türk serialı "Möhtəşəm Yüz il"də epizodik bir rolda çıxış edib. 

Onu da qeyd edək ki, qarşı tərəfin mövqeyini də işıqlandıra bilərik.

E-saglam.az