Tibbi xəbərlər
Həkim rotavirusun qarşısının alınması üçün
Tibbi xəbərlər
11

Həkim rotavirusun qarşısının alınması üçün üsulları açıqladı

Pediatr rotavirusdan qorunma yollarını açıqlayıb. Həkimin sözlərinə görə, virus əsasən nəcis-ağız yolu ilə yayılır. Yoluxma çirkli əllər, su, qida və məişət əşyaları vasitəsilə baş verir. Daha nadir hallarda isə hava-damcı yolu ilə keçə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis riskin azalması üçün yalnız qaynadılmış və ya butulkada olan sudan istifadə etməyi tövsiyə edib. Meyvə və tərəvəzlərin yaxşı yuyulması, gigiyenasına əmin olunmayan yerlərdə qida qəbulundan çəkinmək də vacib sayılır.

Həkim bildirib ki, xüsusilə uşaqlara yeməkdən əvvəl və tualetdən sonra əllərini sabunla yumaq vərdişi aşılanmalıdır. Tətildə olarkən hovuz və ya digər su hövzələrinin suyunun udulmaması da tövsiyə edilir.

Bundan əlavə, oyuncaqların, qapı tutacaqlarının və sanitar qovşaqların mütəmadi dezinfeksiya olunması məsləhət görülür. Mütəxəssis qeyd edib ki, rotavirusa qarşı sabun və su spirt əsaslı dezinfeksiyaedicilərdən daha təsirlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun