Tibbi xəbərlər
Həkim çılpaq yatmağın heyrətamiz
Tibbi xəbərlər

Həkim çılpaq yatmağın heyrətamiz faydalarını açıqladı

Məşhur yuxu həkimi David Rosen çılpaq yatmağın gözlənilməz faydalarını bölüşüb.

E-saglam.az xəbər verir ki, ekspertin fikrincə, adi pijamalardan imtina etmək yuxunun keyfiyyətini və bədənin ümumi sağlamlığını yaxşılaşdırmağa kömək edir.

Həkimin fikrincə, pijamalardan imtina etməyin faydası soyuducu təsiridir. Dərinin temperaturu çox yüksək olarsa (bu, adətən, temperaturu 21 dərəcədən yuxarı olan otaqda baş verir), bu, hormonal səviyyələri o qədər poza bilər ki, bu, dərin, bərpaedici yuxu səviyyəsinə çatmağımıza mane olur.

Gecələr sərin qalmaq yuxunuzun keyfiyyətini yaxşılaşdırmağın asan yoludur. Qalın və isti yorğan altında yatmağa üstünlük verənlər üçün çılpaq yatmaq artıq istiliyi kompensasiya etmək üçün yaxşı bir yoldur.

Çılpaq yatmağın başqa bir faydası odur ki, xoşagəlməz vaginal maya infeksiyası inkişaf riskini azaldır. Somnoloq qeyd edib ki, göbələk isti və rütubətli mühitdə, məsələn, pijama şalvarında inkişaf edə bilər, çünki parça cinsiyyət orqanları ilə təmasda olur.

Doktor Rosen deyir ki, kişilər də yataqda dar paltar geyinməkdən çəkinməlidirlər, çünki bu, kişilərin fertilliyinə təsir edə bilər. Tədqiqatlar göstərdi ki, dar alt paltarı skrotumun temperaturunu artıra bilər ki, bu da sperma canlılığını və sayını azalda bilər.

Cütlüklər çılpaq yatmaqdan da faydalana bilər, çünki bu, dəri ilə təmas nəticəsində emosional bağları gücləndirə bilər. Bu, "sevgi hormonu" oksitosinin sərbəst buraxılmasına səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun