Cərrahlar bildirirlər ki, göbəyin sağ tərəfində yaranan kəskin ağrı appendisitin əsas əlamətlərindən biri ola bilər. Xüsusilə ağrı qızdırma ilə müşayiət olunursa, bu vəziyyət diqqətlə qiymətləndirilməlidir.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, appendisit adətən qarının sağ aşağı hissəsində yerləşir. Lakin bəzi insanlarda appendiksin yerləşməsi fərqli ola bilər. Bu səbəbdən ağrı qarının başqa hissələrində də hiss edilə və diaqnozu çətinləşdirə bilər.
Həkimlər qeyd edirlər ki, appendisit bəzən böyrək sancısı, qaraciyər problemləri, bağırsaq infeksiyası, qastrit və ya qadınlarda bəzi ginekoloji xəstəliklərlə qarışdırıla bilər.
Mütəxəssislər qarın nahiyəsində güclü və davamlı ağrı olduqda özünümüalicədən çəkinməyi və vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.
Tərcümə: Könül Oruc