Sağlamlıq
Həddən artıq isti duş qəbul etmək ölümə səbəb ola bilər
Sağlamlıq

Həddən artıq isti duş qəbul etmək ölümə səbəb ola bilər

E-saglam.az Mirror saytına istinadla xəbər verir ki, araşdırmalara görə, çox isti su saçlarda və dəridəki təbii yağları yuyur, bununla da dərinin quru, qabıqlı və qaşıntılı olmasına, saçın parıltısının və möhkəmliyinin zəifləməsinə gətirib çıxarır. Tədqiqatda isti duşdan sonra ekzema və ya sədəf kimi dəri problemi olan insanlarda vəziyyətin pisləşə biləcəyi ilə bağlı xəbərdarlıq edilir. Güclü istilik qıcıqlanma və iltihabı artıra və daha ciddi narahatlıq yarada bilər.

Risk altında olan təkcə dərimiz və saçlarımız deyil. Alimlər çox isti duşun ürək problemləri olan insanlar üçün xüsusilə təhlükəli olduğunu bildirirlər. Belə ki, qaynar su qan damarlarının genişlənməsinə və nəticədə qan axını tempini saxlamaq üçün ürəyin daha çox pompalanmasına səbəb olur. Alimlər, həmçinin qan təzyiqinin qəfil enməsinin hətta huşun itirilməsinə gətirib çıxara biləcəyini deyirlər.

Araşdırma müəllifləri bütün bu və digər riskləri azaltmaq üçün ilıq və daha qısamüddətli duş qəbulunu təklif edirlər. AZƏRTAC 

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun