Yandex watch
Hamiləlikdə USM və doppler körpəyə ziyandırmı?

E-saglam.az-ın "Sual-cavab" rubrikasının qonağı USM həkimi Hürü Rəhimovadır.

Emlakbazari.az

- Belə bir fikir var ki, hamiləlikdə USM (ultrasəs müayinəsi) ziyanlıdır. Hətta, buna görə USM-ə düşməyə ehtiyat edənlər də var. Bu fikir nə dərəcədə doğrudur? Ümumiyyətlə, doğrudurmu?

- Bu fikir doğru deyil. USM ziyanlı deyil. Çünki bu səs dalğasıdır, şüa, enerji, deyil. Ona görə ultra deyilir ki, onun səsini insan qulağı eşitmir.

- USM və doppler arasında nə kimi fərqlər var?

- USM ultrasəs müayinəsidir, Doppler isə USM-in bir qoludur. Sadəcə, ultrasəs müayinəsinin rəngli, damarlarda xüsusi ayarlardan istifadə edərək  qanlanan orqanların üzərinə qoyduqda göy və qırmızı rəng ilə rənglənir. Bu qanın axınlarını göstərir. Yəni, göy və qırmızı rənglənən müayinəyə doppler deyilir. Doppler ultrasəs müayinəsinin bir qoludur. Biz sadəcə burda orqanın qan dövranına baxırıq. Məsələn, hamiləlik dopplerində hipoksiyanın (oksigen çatışmazlığı), yaxud uşaqda qan azlığının olub-olmadığına baxırıq. Doppler həmçinin, hər hansı bir şişi müəyyən etməkdə də bizə kömək edir. 

- Hamiləlik zamanı USM və dopplerə neçə dəfə düşmək olar?

- Hamiləlik zamanı USM-ə düşməyin də özünün vaxtı var. Mentruasiya vaxtınız keçdikdən sonra test edib, hamilə olduğunuzu bildikdən bir həftə sonra USM-ə düşməlisiniz. Bu ona görədir ki, ilk dəfə döl kisəsinin uşaqlıq boşluğunda olub-olmadığına baxmalıyıq. Çünki döl kisəsi uşaqlıq boşluğunda olub inkişaf edəndə də, boruda olanda da test müsbət göstərir. İlk ultrasəs müayinəsini hamiləliyin ilk 4-cü həftəsində, alınmasa maksimum 5-ci həftəsində etmək olar. Və vaginal müayinə olunsa daha yaxşıdır. Onu da qeyd edim ki, vaginal müayinə ziyanlı deyil, açılış vermir. Bəzən insanlar elə düşünür ki, vaginal müayinə zamanı uşaq düşə bilər. Xeyr, bu tamamilə yanlış düşüncədir. Ümumilikdə isə, hamilə qadın hamiləlik boyu USM və doppler ilə birlikdə beş dəfə müayinə olunacaq.

Könül Oruc