Dabaq xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə mal bazarlarının fəaliyyətinin məhdudlaşdırılması barədə xəbərdarlıqlar bəzi vətəndaşlarda süd və süd məhsullarının tədarükü ilə bağlı narahatlıq yaradıb.
E-saglam.az xəbər verir ki,övzu ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bu məhdudiyyət yalnız heyvanlara şamil olunur. Süd məhsullarının istehsalı və satışına aid deyil.
Agentlikdən bildirilib ki, qərarın süd tədarükü ilə heç bir əlaqəsi yoxdur:
“Dabaq xəstəliyi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər heyvan bazarlarının fəaliyyətinə aiddir. Süd və süd məhsullarının tədarükü və satışı adi qaydada davam edir”.
Beləliklə, süd məhsullarının bazarda çatışmazlığı gözlənilmir.
©Bizim.Media