Soyuducular qidaların ömrünü uzatsa da, bəzi məhsulların saxlanması üçün uyğunsuzdur. Yanlış saxlama dad, tekstura və keyfiyyətin dəyişməsinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, ekspertlər bildirir ki, pomidor, kartof, soğan, çörək, banan, avokado, bal və qəhvə kimi məhsullar soyuducuda saxlanmamalıdır. Məsələn, pomidor soyuducuda dadını itirir, kartof şəkərə çevrilir, soğan isə rütubət səbəbindən yumşalır.
Qidaları düzgün saxlamaq həm onların dadını qoruyur, həm də sağlamlıq üçün təhlükəsizliyini təmin edir. Əks halda, qidaların ömrü qısalır və bəzi hallarda zəhərlənmə riski arta bilər. Ona görə də məhsulları saxlama qaydalarına diqqət yetirmək vacibdir.
Tərcümə: Nəzrin Abbas