Sağlamlıq
Diş fırçalamaqda ən çox edilən 5 səhv – diş həkimindən
Sağlamlıq
120

Diş fırçalamaqda ən çox edilən 5 səhv – diş həkimindən xəbərdarlıq

Dişlərin sağlam və ağ qalması üçün təkcə gündə iki dəfə fırçalamaq kifayət etmir.

E-saglam.az xəbər verir ki, Diş həkimi-terapevt Nazir Məhəmmədov bu vərdiş zamanı insanların buraxdığı beş əsas səhvi açıqlayıb.

- Birinci səhv — tələsik fırçalamaqdır. Bir çox insan dişlərini cəmi 30 saniyəyə fırçalayır və yalnız ön hissəyə diqqət edir. Həkim bildirir ki, dişləri ən azı 2 dəqiqə ərzində, bütün səthləri təmizləməklə fırçalamaq lazımdır.

- İkinci səhv — səhv texnika ilə fırçalamaqdır. Üfüqi hərəkətlərlə dişləri sürtmək emaleni zədələyir və diş ətlərində iltihaba səbəb olur. Düzgün üsul — diş ətindən dişin kənarına doğru süpürmə hərəkətləri etməkdir.

- Üçüncü səhv — çox sərt fırça və güclü təzyiq. Bu, diş ətlərinə zərər verir, emaleni aşındırır və həssaslığı artırır. Həkim yumşaq və ya orta sərtlikdə fırça istifadəsini tövsiyə edir.

- Dördüncü səhv — köhnə fırçadan uzun müddət istifadə etməkdir. Mütəxəssis fırçanın 2-3 aydan bir dəyişdirilməli olduğunu vurğulayıb.

- Beşinci səhv — ağızı fırçalamadan sonra düzgün yumaq. Həkim bildirir ki, fırçalamadan dərhal sonra çoxlu su ilə yaxalamaq diş məcunun qoruyucu təsirini azaldır.

Nazir Məhəmmədovun sözlərinə görə, “düzgün texnika, vaxt və müntəzəm qulluq” diş sağlamlığını qorumağın ən effektiv yoludur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun