Tibbi xəbərlər
Gündəlik gəzintini daha effektiv edən
Tibbi xəbərlər
9

Gündəlik gəzintini daha effektiv edən 4 üsul

Mütəxəssislər bildirirlər ki, gündəlik 30 dəqiqəlik gəzinti ürək sağlamlığını gücləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır və oynaq sağlamlığını qoruyur.

E-saglam.az xəbər verir ki, sürəti artırmaq, qısa intervallarla qaçış əlavə etmək və təpəli marşrutlar seçmək gəzintinin təsirini xeyli artırır.

Nyu-Yorkdakı Barry’s fitness mərkəzinin baş məşqçisi Metyu Nolan deyir ki, sürətli gəzinti qan dövranını yaxşılaşdırır, qan təzyiqini tənzimləyir, endorfinlər hesabına zehni vəziyyəti yüksəldir və ürək xəstəliyi riskini azaldır. Fizioterapevt Tayler Moldoff isə bel və diz ağrısı yaşayanlara müntəzəm gəzinti proqramını xüsusilə tövsiyə edir.

Mütəxəssislərə görə, ideal fiziki aktivlik həftədə 150–300 dəqiqədir. Bu, gündə 30 dəqiqə gəzinti və 5–10 min addım deməkdir.

Təsiri artırmaq üçün gəzinti zamanı bu dörd üsul tövsiyə edilir:

Sürətli temp: Yavaş gəzmək kifayət etmir. Musiqi ilə templi 100–120 BPM səviyyəsində saxlamaq mümkündür.

Qısa intervallar: 30 saniyəlik qaçış və ya 1 dəqiqəlik sürətli gediş bədəni aktivləşdirir.

Güc hərəkətləri: Çömbəlmə və yüngül bədən çəkisi məşqləri kalori yandırılmasını artırır.

Təpə yolları: Yoxuşda gəzinti ürək döyüntüsünü artırır və aşağı əzələləri gücləndirir.

Mütəxəssislər deyir ki, gəzintinin real faydaları ardıcıl şəkildə davam etdirdikdə daha tez görünür. Gündə 30 dəqiqəlik sadə gəzinti sağlam həyat tərzinə keçidin ən əlçatan yollarından biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun