Tibbi xəbərlər
Gənclərdə yaddaş zəifləməsinin
Tibbi xəbərlər
12

Gənclərdə yaddaş zəifləməsinin əsas səbəbi açıqlanıb

Gənc yaşlarda yaddaşın zəifləməsi hər zaman ciddi beyin xəstəliyi ilə əlaqəli olmur. Mütəxəssislərin fikrincə, bu problem çox vaxt həyat tərzi və ümumi sağlamlıq vəziyyəti ilə bağlı olur.

E-saglam.az xəbər verir ki, terapevt Yuliya Kondalskayanın sözlərinə görə, gənclərdə yaddaşın zəifləməsini dərhal beyində geri dönməz dəyişikliklərlə əlaqələndirmək düzgün deyil. Bu yaş qrupunda yaddaş problemləri daha çox stress, yuxu pozğunluğu və həyat tərzi ilə əlaqəli funksional dəyişikliklərdən qaynaqlana bilər.

Həkim xüsusilə xroniki stress, kifayət qədər yatmamaq, eyni anda bir neçə işlə məşğul olmaq və həddindən artıq informasiya qəbulunun yaddaşa mənfi təsir göstərə biləcəyini bildirib.

Yuxunun pozulması beynin məlumatları emal etməsinə və yadda saxlamasına mane ola bilər. Uzunmüddətli stress isə diqqətin və konsentrasiyanın azalmasına səbəb olaraq insanın gündəlik həyatda unutqanlıq yaşamasını artıra bilər.

Mütəxəssis yaddaşı və zehni fəaliyyəti dəstəkləmək üçün gecə 7-10 saat yatmağı, müntəzəm fiziki aktivliyi artırmağı və siqaretdən uzaq durmağı tövsiyə edir.

Yaddaş problemləri uzun müddət davam edirsə və gündəlik həyata ciddi təsir göstərirsə, bunun səbəbini müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun