2025-ci ildə Rusiyanın “Gerofarm” şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq.
E-saglam.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib.
Onun sözlərinə görə, istehsalın lokalizasiyası preparatları pasiyentlər üçün daha əlçatan edəcək.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın “R-Farm” şirkətlər qrupunun Azərbaycanda yerləşən əczaçılıq kompleksi şəkərli diabetin ağırlaşmalarının qarşısının alınması üçün preparatın ilk partiyasını buraxdığını elan edib. Beş illik müqavilənin şərtlərinə əsasən, zavod ildə təxminən 1 milyon qutu istehsal edəcək.
© Vergilər.az