Sağlamlıq
Gecə tez-tez oyanmağımızın 9 səbəbi
Sağlamlıq

Gecə tez-tez oyanmağımızın 9 səbəbi

E-saglam.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, buna səbəb 9 amildir.

1. Orqanizmdə yuxu pozğunluğuna və kortizol səviyyəsinin artmasına səbəb olan stress və narahatlıqdır.

2. Narahat yuxu şəraiti də yuxuya getməyinizə mane olur - narahat döşək, pis yastıq və ya uyğun olmayan çarpayı ölçüsü.

3. Küçədən, qonşulardan və ya ev cihazlarından gələn səslər əvvəlcə kiçik görünsə də, yuxuya da mane ola bilər.

4. Normal yuxuya daha bir maneə içəridə və ya küçə lampalarından gələn parlaq işıqdır.

5. Otaqda rahat bir temperatur olduğundan əmin olun - çox isti və ya çox soyuq olduğumuz zaman yuxuya getmək çətin olacaq.

6. Əgər hər gün müxtəlif vaxtlarda yatıb oyanırsınızsa, bədəninizin sirkadiyalı ritminin pozulduğuna təəccüblənməməlisiniz ki, bu da qəfil oyanmaların səbəbidir.

7. Çox vaxt fiziki sağlamlıq problemlərinə görə yaxşı yatmaq mümkün olmur - ağrı, mədə yanması və s.

8. Yuxunuzun keyfiyyətinə təsir edən başqa bir tibbi amil gecə sidiyə ehtiyacın artmasıdır.

9. Spirt, kofein və ya ağır qidalar təbii yuxu fazalarını pozur./lent.az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun