Yuxu mütəxəssisi Mixail Poluektov bildirib ki, gecə saat 3 radələrində oyanma bəzən çox erkən yatmaqla əlaqəli ola bilər. Onun sözlərinə görə, yuxu bir neçə dövrdən ibarətdir və bu dövrlər arasında qısa oyanmalar normal sayılır.
E-saglam.az xəbər verir ki, mütəxəssis qeyd edir ki, insanlar adətən bu qısa oyanmaları xatırlamır. Lakin səhərə yaxın yuxu daha səthi olur və oyanma ehtimalı artır. Bu prosesdə səhər saatlarına doğru yüksələn kortizol hormonu da rol oynayır.
Mixail Poluektov vurğulayır ki, uzun müddət gecə oyaq qalmaq artıq normal hal sayılmır və bu, çox vaxt stressin təsiri ilə bağlı olur. Eyni zamanda nizamsız yuxu rejimi və həddindən artıq erkən yatmaq da buna səbəb ola bilər.
Həkim əlavə edir ki, yatmazdan əvvəl kofein və spirt qəbulu, həmçinin telefon və digər elektron cihazlardan istifadə yuxu keyfiyyətini pisləşdirə bilər. Müntəzəm gecə oyanmaları uzun müddətdə yuxusuzluğa səbəb ola biləcəyi üçün bu vərdişlərə diqqət yetirmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc