Yandex watch
Hər səhər yuxudan yorğun oyanmağın

Fibromiyalgiya — davamlı yorğunluq, xroniki ağrı, yuxu və həzm problemləri ilə xarakterizə olunan bir sindromdur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Fiziki Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Mert Sancar bildirir ki, bu hal daha çox jurnalistika, memarlıq, maliyyə kimi stressli və təzyiqli sahələrdə çalışan insanlarda, eləcə də işindən narazı olan şəxslərdə daha çox müşahidə olunur.

Dr. Sancar qeyd edir ki, fibromiyalgiya xəstələri adətən “yorğun oyanıram”, “bədənimdə səbəbsiz ağrılar var” kimi şikayətlərlə müraciət edir. Bəzən bu ağrılar barmaq uclarından çiyinlərə, beldən dabanlara qədər yayıla bilər. Analizlərdə heç bir problem aşkarlanmasa belə, pasiyent əziyyət çəkir.

Bədbəxtlik və stress ağrıları artırır

Xəstəliyin inkişafında psixoloji amillər, mükəmməllikçi və narahat şəxsiyyət xüsusiyyətləri mühüm rol oynayır. Xüsusilə işindən razı qalmayan insanlarda bu vəziyyət daha da güclənə bilər. Obsesif-kompulsif və ya depressiv meylli insanlarda da fibromiyalgiya riski artır.

Müalicənin əsas yolu: hərəkət

“Ağrım var, tərpənməməliyəm” fikri fibromiyalgiya üçün zərərli yanaşmadır. Əksinə, yüngül məşqlər — gəzinti, üzgüçülük, nəfəs və duruş məşqləri əzələlərin yenidən bərpasına və sinir-əzələ tarazlığının qurulmasına kömək edir. Pilates, yoqa və Tai Çi kimi texnikalar həm fiziki, həm də zehni rahatlıq verir.

Quru iynə və sinir terapiyası da faydalı ola bilər

Dr. Sancar quru iynə ilə tətik nöqtələrinin hədəflənərək əzələlərdə rahatlama əldə olunduğunu deyir. Qan dövranı yaxşılaşır, ağrılar azalır. Boyun, kürək və omba bölgəsində davamlı ağrılar zamanı bu metodlar effektiv ola bilər. Eyni zamanda, sinir terapiyası ilə dərialtı anesteziya tətbiqi sinir sistemini sakitləşdirməkdə rol oynayır.

Təkcə dərmanla müalicə yetərli deyil

Antidepresan və neyrotənzimləyici dərmanlar müəyyən pasiyentlərdə müsbət nəticə versə də, uzunmüddətli və kompleks yanaşma vacibdir. Ağrını beynin emal etdiyi mərkəzə təsir edən psixoloji dəstək, nəfəs terapiyası, meditasiya, sənətlə məşğul olmaq və təbiətdə vaxt keçirmək kimi üsullar sinir sisteminin tarazlanmasına böyük dəstək verir.

Tərcümə: Könül Oruc

E-saglam.az