Tibbi xəbərlər
Mobil telefonları uzun müddət qulaqda saxlamaq beyin damarlarına təsir edə bilər:
Tibbi xəbərlər
111

Mobil telefonları uzun müddət qulaqda saxlamaq beyin damarlarına təsir edə bilər: Yeni tədqiqat

Alimlər mobil telefonlardan istifadə zamanı qulağa yaxın məsafədə və uzun müddət danışmağın beyin damarlarına təsir edə biləcəyini aşkar ediblər.

E-saglam.az xəbər verir ki, Fransada keçirilən yeni bir araşdırma göstərib ki, gündə 30 dəqiqədən artıq qulaqda telefonla danışmaq beyin damarlarında mikroskopik dəyişikliklərə, hətta bəzi hallarda kiçik insult riskinin artmasına səbəb ola bilər.

Tədqiqatda 18-65 yaş arası 2000-dən çox insanın beyin görüntüləri analiz olunub. Nəticələr göstərib ki, mobil telefonları davamlı və uzun müddət qulaqda saxlamaq beyində qan dövranını yavaşlada, damar divarlarında gərginlik yarada və müəyyən sahələrdə oksigen çatışmazlığına səbəb ola bilər. Bu isə vaxt keçdikcə diqqət azalması, yuxusuzluq və baş ağrıları kimi simptomlarla özünü göstərə bilər.

Mütəxəssislər xüsusilə Bluetooth qulaqlıqlardan və ya səsgücləndirici rejimindən istifadəni tövsiyə edirlər. “Qısa danışıqlar daha təhlükəsizdir, uzun söhbətlərdə isə telefonu qulaqdan uzaqda tutmaqda fayda var”, – deyə nevroloq Dr. Marin Durand bildirib.

Araşdırma hələ ilkin mərhələdə olsa da, mütəxəssislər bu istiqamətdə daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac olduğunu bildirirlər. Ancaq artıq indi belə, profilaktik tədbirlər görmək gələcəkdə ciddi nevroloji fəsadların qarşısını almağa kömək edə bilər.

Könül Oruc
Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun