Sağlamlıq
Dünyada ən təmiz havası olan yeddi ölkə
Sağlamlıq

Dünyada ən təmiz havası olan yeddi ölkə - SİYAHI

E-saglam.az xəbər verir ki, hesabata görə, dünyada yalnız yeddi ölkədə havanın keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə cavab verir.

Mütəxəssislər 134 ölkədə yerləşən 7812 yaşayış məntəqəsində havada PM 2.5 hissəciklərinin tərkibinə dair məlumatları araşdırıblar. İnsanların təhlükəsiz həyatı üçün onların həcmi orta hesabla hər kubmetrə beş mikroqramdan çox olmamalıdır.

Əks halda, məsələn, sənaye fəaliyyəti və avtomobil istifadəsi nəticəsində havaya buraxılan mikroskopik hissəciklər bədəndə toplana bilər. Bu da öz növbəsində astma, xərçəng, insult və digər sağlamlıq problemlərinə gətirib çıxarır.

Alimlər belə qənaətə gəliblər ki, ötən ildə PM 2.5 hissəciklərinin təhlükəsiz səviyyələri yalnız Avstraliya, Qrenada, İslandiya, Mavrikiy, Yeni Zelandiya, Finlandiya və Estoniyada müşahidə olunub.

Ən çox çirklənmiş hava isə Banqladeş, Pakistan və Hindistanda qeydə alınıb. Bu ölkələrdə PM 2.5 hissəciklərinin həcmi ÜST standartını on dəfədən çox üstələyib.

Mənbə: daily.afisha.ru /Oxu.az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun