Dırnaqlarda ağ ləkələrin yaranmasına səbəb nədir? - CAVAB
Dırnaqlarda ağ ləkələrin yaranmasına səbəb nədir? - CAVAB

Dırnaqların gözəl və baxımlı görünüşü fiziki sağlam olmağın da göstəricisidir. Lakin zaman-zaman dırnaqlarda bu gözəlliyə kölgə salan ağ ləkələr yarana bilər.

Maraqlıdır, dırnaqlarda ağ ləkələrin yaranmasına səbəb nədir? Bu ləkələr nədən yaranır, necə yox olur?...

E-saglam.az xəbər verir ki, dermatologiya mütəxəssisi Emine Özge Ayabakan dırnaqlarda ağ ləkələrin yaranmasının əsas səbəblərini belə sıralayır:

Dırnaqlardakı ağ ləkələr, uzun ağ dalğalanmalar şəklində və birdən çox dırnaqda görünürsə, protein və digər qida çatışmazlığı, böyrək və ya qaraciyər xəstəlikləri səbəb ola bilər. 

Dırnaqlarda ağ ləkələrin dırnaq kökündən ucuna qədər yayılmasına arsen zəhərlənməsi, sink, selen, kalsium, maqnezium, manqan kimi mineralların çatışmazlığı da səbəb ola bilər. Qan yoxlanılmalıdır.

Bu ləkələrin əmələ gəlməsinin digər səbəbləri tiroid hormonlarının nizamsızlığı, qan azlığı, keratin çatışmazlığı və bəzi dərmanların yan təsirləridir.

Dırnaqlarda ağ ləkələr üçün hansı həkimə müraciət etməli?

Dırnaqlarda uzun müddətli ağ ləkələrlə bağlı yoxlanmalar gecikməməlidir. Laborator müayinələrlə səbəbini araşdırmaq, səbəbə görə müalicə etmək üçün dermatoloqa getmək lazımdır.

Dırnaqlarda ağ ləkələrdən necə qurtulmaq olar?

Dırnaq boyası dırnaqlarda hava oynamasının qarşısını alaraq qan dövranının pozulmasına və ağ ləkələrə də səbəb olur. Tətbiq edilən dırnaq boyaları dırnaqlarda uzun müddət saxlanılmamalı, tərkibində qliserin olan sağlam təmizləyici vasitələrlə silinməli, dırnaqların nəfəs almasına imkan verilməlidir.

Eyni zamanda dırnaqlarda zülal çatışmazlığından yaranan ağ ləkələr protein tərkibli qidalar qəbul etməklə aradan qaldırıla bilər.

Dırnaqlarda ağ ləkələr xüsusilə ayaq dırnaqlarında göbələk xəstəliyinin başlanğıcı ola bilər. Bəzi dəri xəstəliklərində leykonixiya dediyimiz ağ ləkələr görünür. İrəliləmənin qarşısını almaq üçün müalicəyə bir dermatoloq tərəfindən başlamaq lazımdır. / Mənbə: lent.az