Tibbi xəbərlər
Bu il TƏBİB tabeli xəstəxanalarda
Tibbi xəbərlər
448

Bu il TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib

Bu ilin doqquz ayında TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 62 milyona yaxın tibbi xidmət göstərilib.

E-saglam.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova oktyabrın 25-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediaturda məlumat verib.

O bildirib ki, 9 ay ərzində tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz çox olub: "Vətəndaşlar tərəfindən daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə tədbirlər görmək TƏBİB-in prioritet məqsədlərindən biridir".

Z.Ədilova qeyd edib ki, bu ilin ötən dövründə TƏBİB-in Vətəndaş müraciətləri şöbəsinə 20 min 134 müraciət daxil olub: "Onlardan 10 min 791 ərizə (ümumi daxil olanların 53,59 %-i), 9 min 318 şikayət (ümumi daxil olanın 46,27 %-i), 25 təklif (ümumi daxil olanın 0,12 %-i) təşkil edib. Sosial media platformalarından daxil olan müraciətlərin sayı isə 2 min 50-dir".

Könül Oruc 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun