E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, qazanc məqsədi ilə istehsal olunan və bazara çıxarılan saxta qidalar insan sağlamlığı üçün son dərəcə zərərlidir. Yumurtanın saxta olub-olmadığını müəyyən etməyin yollarını sizlərə təqdim edirik
Çin Səhiyyə Nazirliyinin məlumatına görə, saxta yumurtaların tərkibində benzoik turşusu, natrium alginat və bir çox başqa zərərli maddələr var. Buna görə də, yumurtanın demək olar ki, hər hansı bir hissəsi saxta ola bilər. Bu problemə daha çox Asiya ölkələrində rast gəlinsə də, yumurta alarkən diqqətli olmalısınız.
Saxta yumurtaların çox sərt qabıqları var. Onlar adətən real olanlardan daha böyükdürlər. Qabıq yaxşı görünürsə, sarısına diqqət yetirin. Çox sarıdırsa, yumurta saxta ola bilər.
Tərcümə etdi: Könül Oruc