Qidalanma
Bu çay növündə toksin riski daha yüksəkdir -
Qidalanma
288

Bu çay növündə toksin riski daha yüksəkdir - Həkim xəbərdarlıq etdi

Qastroenteroloq Yevgeni Belousov bəzi çay növlərinin digərlərinə nisbətən daha çox toksin toplaya biləcəyini bildirib.

E-saglam.az xəbər verir ki, çay yarpaqlarının yaşı bu baxımdan mühüm rol oynayır. O qeyd edib ki, köhnə yarpaqlar daha çox flüorid toplamağa meyilli olur. Bu səbəbdən cavan yarpaqlardan hazırlanan ağ çay köhnə yarpaqlardan istehsal edilən qara çayla müqayisədə daha təhlükəsiz seçim hesab edilir.

Mütəxəssis əlavə edib ki, bitki çaylarının və müxtəlif bitki qarışıqlarının tərkibi fərqli olduğundan onların mənşəyi və keyfiyyətinə xüsusi diqqət yetirilməlidir.

Belousovun sözlərinə görə, çayın istehsal olunduğu ölkə də məhsulun keyfiyyətinə təsir göstərir. Torpaq, gübrələmə və emal prosesinə nəzarətin zəif olduğu bölgələrdə yetişdirilən çaylarda çirklənmə riski daha yüksək ola bilər.

Qastroenteroloq idxal olunan çay alarkən etiket məlumatlarını, istehsalçı barədə məlumatı, laboratoriya yoxlamalarının olub-olmamasını və xammalın mənşəyini diqqətlə yoxlamağı tövsiyə edib. Onun sözlərinə görə, iri və tanınmış istehsalçılar adətən məhsullarına daha ciddi keyfiyyət nəzarəti tətbiq edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun