Tibbi xəbərlər
Boğazınıza ilişən balıq sümüyündən bir saniyəyə qurtulun:
Tibbi xəbərlər
149

Boğazınıza ilişən balıq sümüyündən bir saniyəyə qurtulun: Ən təsirli üsul

Balıq yay aylarında ən çox seçilən sağlam qidalardan biridir. Zəngin qida dəyəri və immunitet sistemini gücləndirici təsiri ilə yanaşı, balıq uşaqların zehni inkişafı üçün də faydalıdır. Lakin balığın sümükləri bəzən ciddi narahatlıq yarada bilir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, boğazda ilişib qalan balıq sümüyündən xilas olmaq üçün sadə, amma çox təsirli üsullar mövcuddur.

Nəfəs almaqda çətinlik varsa, Heimlich manevri edin

Əgər balıq sümüyü nəfəs yolunu tıxayıbsa və nəfəs almaqda çətinlik yaranıbsa, dərhal Heimlich manevri tətbiq olunmalıdır. Bu üsul boğazda ilişən hər cür yad cismin çıxarılmasında effektivdir.

Kiçik sümük üçün sadə üsullar

Balıq sümüyü kiçikdirsə və nəfəs yolunu tam tıxamayıbsa, ilıq su içmək və ya yaxşıca çeynənmiş çörək udmaq faydalı ola bilər. Əgər bunlar kömək etmirsə, bərk və yapışqan qidalar sınana bilər. Məsələn, bir ovuc qovrulmuş noxud sümüyün çıxmasına kömək edə bilər.

Ən təsirli üsul: kartof püresi

Əgər təkbaşınasınızsa və Heimlich manevrini tətbiq edə bilmirsinizsə, ən təsirli alternativ kartof püresidir. Bir kartofu tez bir zamanda qaynadıb əzin və onu yaxşıca çeynəyib udun. Pürenin qalın və yumşaq quruluşu sümüyün boğazdan sürüşüb çıxmasına kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun