Xəbərlər
Bir sıra tibb müəssisələrinin rentgen aparatlarında nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb - SİYAHI
Xəbərlər

Bir sıra tibb müəssisələrinin rentgen aparatlarında nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb - SİYAHI

Bakıda bir sıra tibb müəssisələrində rentgen aparatlarında nöqsan aşkarlanıb, fəaliyyəti dayandırılıb.

Bu barədə E-saglam.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə uyğun olaraq nöqsanlar aşkar edilmiş, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və “xüsusi icazə”nin olmaması səbəbindən müvafiq olaraq Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarı dayandırılıb.

Qeyd olunanları nəzərə alaraq, FHN bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir.

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun