Biləsuvarda kütləvi dava olub, hamilə qadın xəsarət alıb
Biləsuvarda kütləvi dava olub, hamilə qadın xəsarət alıb

Biləsuvar rayonunda kütləvi dava zamanı biri hamilə qadın olmaqla dörd nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, dava zamanı rayon sakinləri 1990-cı il təvəllüdlü M.Şükürov, 1997-ci il təvəllüdlü E.Şükürov, 1978-ci il təvəllüdlü S.Mirzəyev və 2001-ci il təvəllüdlü Z.Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.