Xəbərlər
Belarusdan Azərbaycana gətirilən 41 tondan artıq kartof məhv ediləcək
Xəbərlər

Belarusdan Azərbaycana gətirilən 41 tondan artıq kartof məhv ediləcək

Belarusdan Azərbaycana gətirilən 41 tondan artıq kartofda zərərli maddə aşkarlanıb.

Bu barədə E-saglam.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

“Lars 77” MMC-nin müraciəti əsasında Belarusdan idxal olunan ərzaqlıq kartof məhsulundan Agentlik əməkdaşları nümunələr götürürək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələr nəticəsində ümumi çəkisi 20 980 kq ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 450 kq ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun