Yandex watch
Baş dərisində sızanaqlar nədən yaranır? -

Baş dərisindəki sızanaqlar bədəndəki sızanaqlarla eyni səbəblərdən meydana gəlsə də, bəziləri yağ bezlərinə çevrilə bilər. Orqanizmdəki piy vəzilərinin istehsal etdiyi ifrazat, yəni sebum saç kanalları vasitəsilə saç köklərinə bağlanır. Bölgədəki məsamələr baş dərisindəki artıq yağ və sebumla tıxanır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, baş dərisində sızanaq əmələ gəlməsi, dərinin nəfəs ala bilməməsi və iltihablandığı zaman baş verir. Saça qulluq məhsulları, kondisionerlər və gellər kimi baş dərisindəki məsamələri bağlayan məhsullar da buna səbəb ola bilər. Hava çirkliliyi, istilik, rütubətli hava və tərləmə dəri məsamələrini dolduracaq və bakteriyaların əmələ gəlməsinə səbəb olacaq. Eyni zamanda tərləmə nəticəsində yağlanan saçlarda sızanaqların əmələ gəlməsi qaçınılmazdır.

Bəs baş dərisindəki sızanaqlara qarşı nə etmək lazımdır?

- Baş dərinizdə sızanaq əmələ gəldiyini görsəniz, heç vaxt sızanaqları sıxmamalısınız. Baş dərisində sızanaq əmələ gəlməsi şikayəti ilə xəstəxananın dermatologiya şöbəsinə və ya dermatoloqa müraciət edə bilərsiniz. Dermatoloqunuz saç dərinizə müxtəlif analizlər edəcək və lazım bildiyi müalicəyə başlayacaq.

- Saç dərinizdə sızanaqlar həddindən artıq yağlılıqdan yarana bilər. Saçınızı tez-tez yuyub təmizləməyinizə əmin olun. Saçınızda mümkün qədər az kimyəvi tərkibli qulluq məhsulları istifadə etməyə diqqət edin. Alkoqol dəridən nəm çəkəcək və dərinin qurumasına səbəb olacaq. Buna görə də, tərkibində spirt olan məhsulların yerinə antibakterial və ya bitki tərkibli şampunlardan istifadə edə bilərsiniz.

- Sızanaqlara sadəcə tərkibində salisilik turşusu olan kremlər sürtməklə sızanaqlarda iltihabın qarşısını ala bilərsiniz. Tərkibində antibiotiklər, antibakterial maddələr və salsilik turşusu olan kremlərdən istifadə etməsinə baxmayaraq sızanaqlarınız keçmirsə, dermatoloqunuzdan ağızdan qəbul edə biləcəyiniz antibiotik dərmanlarını soruşa bilərsiniz. Tərkibində kükürd olan kremlər və şampunlar saç dərinizə bərpaedici təsir göstərəcək.

Ev şəraitində sızanaqların müalicəsi və həlli üsulları

- Evdə istifadə etdiyiniz üsullar, kremlər və antibiotik dərmanları nəticə vermirsə və sızanaqlar davam edirsə, cərrahi müdaxilə lazımdır. İltihablı sızanaqlar plastik cərrah tərəfindən cərrahi müdaxilə ilə asanlıqla aradan qaldırıla bilər. Sızanaqların çıxarıldığı nahiyəyə xüsusi məhlullar tətbiq etməklə, gələcək sızanaqların qarşısını almaq olar.

Baş dərisindəki sızanaqlara qarşı yaxşı olan təbii müalicə üsulları:

Pomidor suyu

Resepti:
- 1 xörək qaşığı pomidor suyu,
- 1 neçə damcı limon suyu,
- Yarım qaşıq bal

Hazırlanma qaydası

Bütün inqrediyentləri bir qabda qarışdırın və masaj edərək saç dərinizə çəkin. 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu reseptdən bir neçə gündən bir istifadə edə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az